Çip bazarı kiçilir

21 Fevral 2013 22:54
Milli.Az ICTnews-a istinadən bildirir ki, dərc edilmiş statistika diskret sürətləndiriciləri və inteqrasiya edilmiş həllərin tədarükünü nəzərdə tutur.

Satışların həcmi rüblük və illik hesablama üzrə müvafiq olaraq 11,5% və 8,2% azalıb. Üç ay ərzində 28,8 milyon ədəd diskret videokart tədarük edilib ki, bu da 2012-ci ilin üçüncü rübü ilə müqayisədə 15,9% azdır. "Intel" mərkəzi prosessorlara inteqrasiya edilmiş videonüvələr hesabına qlobal bazarda 63,4% payla liderdir. Korporasiya 1 il əvvəl bu seqmentin 59,2%-nə nəzarət edirdi. İkinci yerdə "AMD" şirkəti qərarlaşıb: onun mövqeyi 1 il ərzində 24,8-dən 19,7%-ə qədər azalıb. "NVidia" şirkəti üçüncü olub: onun bazar payı 15,7-dən 16,9%-ə qədər artıb.

Analitiklər bildirir ki, qrafik çip bazarının həcminin azalması əsasən onunla izah olunur ki, bir çox istifadəçilər əlavə diskret videokart quraşdırmayaraq daxili videokontrollerlərə üstünlük verirlər.

Milli.Az