Firefox-da daha bir yenilik

19 Fevral 2013 21:14
Brauzerin Windows, OS X və Linux əməliyyat sistemləri üçün versiyaları əlçatandır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Firefox 19 brauzerinə PDF vyuveri inteqrasiya edilib. Artıq pdf formatlı fayllara birbaşa brauzerdə baxmaq mümkündür. Vyuver HTML5 dilində yazılıb. Mozilla, həmçinin brauzerin sürətini artırıb, aşkar edilmiş bir neçə boşluğu aradan qaldırıb, CSS dəstəklənməsini yaxşılaşdırıb.

StatCounter statistika xidmətinin məlumatına əsasən, brauzer bazarında Firefoxun payı 21% təşkil edir və o, Chrome və Internet Explorerdən sonra üçüncüdür.

Milli.Az