Tanınmış azərbaycanlı aşıq etiraz etdi

19 Fevral 2013 15:03
Milli.Az xəbər verir ki, ötən gün Bakıda yol polisinin keçirdiyi reyd zamanı tanınmış azərbaycanlı aşıq Əli Tapdıqoğlunun idarə etdiyi "Lexus" markalı 10 OD 030 dövlət nişanlı maşınının saxlanılaraq, cərimə meydançasına aparılması xəbərinin detalları üzə çıxıb.

Redaksiyamıza telefon açıb, özü danışan Əli, hadisəni belə nəql elədi: "Əslində bu hadisə iki gün əvvəl yox, bir neçə gün öncə baş verib. Və plyonkaların sökülməsinə hansısa etirazım olmayıb.

Bəli, avtomobilimi cərimə meydançasına da aparmışdılar. Dövlət rüsumunu ödədikdən sonra, yenidən sükan arxasına keçdim. Jurnalistlər xəbər naminə baş verən hadisəni şişirdiblər.

Amma mən şou insanı deyiləm. Xahiş edirəm, adımla bağlı xəbər yazanda bir az diqqətli olsunlar".

Şahin Cavadsoy
Milli.Az


Uyğun link:

Azərbaycanlı aşığın avtomobilini əlindən aldılar