Microsoft 57 dəlik tutacaq

18 Fevral 2013 20:11
Milli.Az ICTnews-a istinadən bildirir ki, öncədən buraxılmış bildiriş bülleteninə görə, 12 bülletendən 5-i Windows, İnternet Explorer və Exchange Server proqram təminatlarında aşkar edilmiş boşluqları aradan qaldıracaq və onlar kirtik kimi təsnif edilir.

Digər 7 bülleten mühüm kimi təsnif edilir və Windows, Office, .NET Framework və Server Software-də çox sayda problemləri həll edəcək.

Təhlükəsizlik tədqiqatçılarının diqqətini İnternet Explorerdəki boşluqları aradan qaldıracaq 2 kritik yamaq cəlb edir, onlar cinayətkarların ziyankar kod yeritdiyi ümumi vektordur. nCircle-in təhlükəsizlik əməliyyatları üzrə direktoru Andrew Storms bildirib ki, Internet Explorer yamaqları həmişə ən üst prioritet sayılır və bu ay biz iki Internet Explorer bülleteni almağa hazırlaşırıq.

Bu qeyri-adidir, çünki Microsoft İnternet Exploreri yamadıqda yamaq, adətən, bir bülletenlə çatdırılır.

Milli.Az