Rianna modelyer oldu - FOTO

18 Fevral 2013 10:24
Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, bu ilin payız-qışı üçün nəzərdə tutulmuş kolleksiyalarını 40-dan artıq modalar evi nümayiş etdirib.
Nümayişlər Britaniya paytaxtının müxtəlif məkanlarındakı 15 podiumdadır.

56 defilədən biri də Riannanın hazırladığı paltarlar olub.
O, İspaniyanın Zara brendinin ən güclü rəqibi sayılan River İsland (Britaniya) brendinin yeni kolleksiyasının müəllifidir.

Londondakı Moda Həftəsi sabah başa çatacaq.
Elə sabah da Tom Ford, Burberry və Vivienne Westwood brendlərinin kolleksiyaları göstəriləcək.
Rianna isə kapsul kolleksiyasındakı paltarları da nümayiş etdirib.
Eyni zamanda o, artıq üçüncü parfümü olan Nude-u da təqdim edib.

Defile başa çatandan sonra Rianna The Box Night Club-a yollanıb.
Bu zaman onun sol dizində çapıq yarası vardı.
Media Take Out bildirir ki, müğənni paparassiləri görəndə yaranı örtmək istəsə də, artıq gecdi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.















































































































Fotolar: Reuters, Getty İmages, Wirelmage, Flynetpictures, Barcroft Media