Qoros-un sürprizi var - FOTO
16 Fevral 2013 15:58
Modellər üç və ya dörd silindrli mühərriklərlə, həmçinin "ağıllı" hibrid güc qurğuları ilə təchiz ediləcək. Bütün mühəndis-hesablama və konstruktor işləri Avstriyanının Magna Steyr şirkəti ilə birgə aparılıb. Qoros brendi idarəçiliyində isə Volvo, BMW, Jaguar Land Rover və Saab şirkətlərinin keçmiş top-menecerləri yığışıb.
Milli.Az 4carx-a istinadən bildirir ki, şirkətin sərgidə nümayiş etdirəcəyi modellərdən biri GQ3 sedan olacaq. Kompakt sedanın əsas rəqibi C-Class modeli Volkswagen Jetta olacaq.
GQ3 universalın xaricdən sedan ilə elə bir fərqi yoxdur.
Yeni brendin ən görkəmli nümayəndəsi isə hələlik adı bilinməyən beşqapılı krossover olacaq. O digər iki modeldən eksteryerin daha zərif cizgiləri və sürücünün 80 mm hündür kürsüsü ilə fərqlənir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.