Microsoft haqqında bilmədikləriniz
15 Fevral 2013 20:56
Milli.Az ICTNews-a istinadən bildirir ki, şirkət İT sənayesində illər boyu qoruyub saxladığı lider mövqeyi ilə yanaşı, bəzi hallarda maraqlı adət-ənənələri ilə də seçilib. Belə ki;
1. Microsoft əməkdaşlarının ən sevimli yeməyi pitsadır.
2. Microsoft əməkdaşlarının orta yaş həddi 38-dir.
3. Korporasiyanın heyəti 88180 əməkdaşdan ibarətdir.
4. Şirkətin əməkdaşları hər iş ili həmkarlarını M&Ms konfetlərinə qonaq edərək qeyd edirlər.
5. Microsoft ən böyük korporativ kolleksiyaçılardan biri sayılır və müasir incəsənətin rəsm, heykəl, foto, keramika, multimedia layihələri kimi 5 mindən çox şah əsərlərinin sahibidir.
6. Şirkət 10 mindən çox patent üzərində hüquqa malikdir və hər il 3 min yeni patent üçün ərizə verir.
7. Hər dəfə Windows əməliyyat sistemi donduqda Bill Qeyts 1 dollar ödəsəydi, o zaman Microsoft 3 il sonra müflis olardı.
8. Microsoft əməkdaşlarının sevimli içkiləri süddür.
Milli.Az