Azərbaycanda sərnişin avtobusu minik maşını ilə toqquşub, yaralananlar var - YENİLƏNİB - VİDEO
15 Fevral 2013 16:22
13:12
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, hadisə səhər saat 8 radələrində Siyəzən-Bakı yolunun 2-ci km-də qeydə alınıb.
Paytaxt istiqamətində hərəkət edən Siyəzən rayon sakini Nurəddin İsayevin idarə etdiyi 10 GE 419 dövlət nömrə nişanlı "İkarus" markalı sərnişin avtobusu qarşı tərəfdən gələn "VAZ-21015" markalı avtomobillə toqquşub. Şahidlərin sözlərinə görə, minik avtomobili Xəyyam Kərimova məxsus olsa da, avtomobili onun qohumu idarə edib.
Qəza nəticəsində "VAZ-21015"-də olan iki nəfər - 21 yaşlı Pərviz Salmanov və 23 yaşlı Zamir Soltanov - müxtəlif bədən xəsarətləri alıb. Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən hər iki şəxsin vəziyyəti orta-ağırdır. Qəzanın "VAZ-21015" markalı nəqliyyat vasitəsinin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi ehtimal olunur.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.
Milli.Az
---------
16:22