150 nəfərin ölümünə səbəb olan ikinci pilot - YENİ FAKTLAR

28 Mart 2015 21:53

Almaniyanın "Germanwings" aviaşirkətinə məxsus təyyarəni Fransada qəzaya uğradan və 150 nəfərin ölümünə səbəb olan ikinci pilot Andreas Lubitzin qəzanın baş verməsindən bir neçə müddət öncə həkimin yanında depressiyaya görə yox, zəif gördüyünə görə olub.

Bu barədə Trend The New York Times-a istinadən məlumat verib.
 

Araşdırmanı aparan şəxslərdən biri qəzetə eyib ki, pilot zəif görməsi barədə məlumatı aviaşirkətdən gizlədibmiş.
 

Qeyd edək ki, "Lufthansa"nın törəmə şirkəti olan "Germanwings" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsi martın 24-də Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb və nəticədə 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya, Böyük Britaniya, Niderland, Kolumbiya, Meksika, Danimarka, Belçika, İsrail, Avstraliya, Venesuela və ABŞ vətəndaşları olub.

Milli.Az