Ən uzun öpüş rekordu vuruldu
15 Fevral 2013 15:21
Milli.Az Associated Press-ə istinadən bildirir ki, "Ginnesin Rekordlar Kitabı"na düşəcək yeni rekord 58 saat 35 dəqiqə 58 saniyədir.
Patayya şəhərində keçirilmiş öpüş marafonunda iştirakçılara oturmaq və yatmaq qadağan edilmişdi. Onlar ayaqyoluna da öpüşərək getməliydilər.
Qaliblər Ekkaçay və Laksana Tiranaratlardır.
Baqnkoklu ər-arvvad 100 min bat (təxminən 3300 dollar) və almaz qaşlı iki üzük alıblar.
Milli.Az