Ən böyük aviaşirkət qurulur

15 Fevral 2013 15:48
Milli.Az Financial Times-a istinadən bildirir ki, toplam həcmi 11 milyard dollar olan bu alyans nəticəsində dünyanın ən böyük aviaşirkəti yaranacaq.

Birləşmə barədə sövdədləşməni hər iki aviaşirkətin idarə heyəti təsdiqləyib.

Alyans halını alandan sonra American Airlines adlanacaq yeni şirkəti US Airways-in baş direktoru Dak Parker idarə edəcək.
AMR Corp.-un baş direktoru Tom Horton isə 2014-cü ilin ortalarına qədər şirkətin idarə heyətinin sədri olacaq.

Yeni aviaşirkətin səhmlərinin 72 faizi AMR Corp.-un, yerdə qalanı isə US Airways-indir.

Alyans yaranandan sonra ABŞ-da sərnişin aviadaşımalarının 75 faizi American Airlines, United Airlines, Delta Airlines və Southwest Airlines aviaşirkətlərinin nəzarətinə keçəcək.

Milli.Az