KİV: Gürcüstan torpaqlarının bir hissəsi Azərbaycanın ola bilər

19 İyul 2010 16:40
Alazan çayı öz məcrasını dəyişə və bu zaman 180 hektar ərazi Azərbaycanın ola bilər. Bu barədə Gürcüstanın "Rezonansi" qəzeti yazır.

Yarımadanı quru ilə 6-7 metrlik zolaq birləşdirir ki, onu da Alazan çayı yuyur.

Alazan çayı sərhəddə yerləşir, ona görə də bu yerdə sərhədin demarkasiyası xüsusi yanaşma tələb edir. Əgər çay bərxəzi yuyub aparsa, o zaman 180 hektarlıq ərazi Azərbaycanın ola bilər.

Təbiəti mühafizə agentliyinin sahilbərkitmə departamentinin baş mütəxəssisi Rusudan Sturuanın sözlərinə görə, obyekt öyrənilib və araşdırmalar aparılıb. Lakin Kakliskure bu il sahilbərkitmə işlərinin aparılmalı olduğu 15 obyektin siyahısına daxil deyil.

/Trend/