NVİDİA rekord vurur
16 Fevral 2013 18:16
Satışların həcmi 4,28 milyard dollar, xalis mənfəət 581,1 milyon dollar təşkil edib.
Milli.Az ICTNews-a istinadən bildirir ki, mobil qurğulara quraşdırılan Tegra seriyasına məxsus prosessor satışlarından əldə olunan mədaxilin həcmi 29,3 faiz artıb və ötən ilin dördüncü rübündə 208 milyon dollar təşkil edib. Həmçinin masaüstü kompüterlər üçün qrafik prosessorlara tələbat yaxşı olub. 2012-ci ildə onların satış həcmi 7 faiz artıb.
Milli.Az