MacBook noutbukları ucuzlaşdı

16 Fevral 2013 22:13
Milli.Az ICTnews-a istinadən istinadən bildirir ki, "Retina" ekran və 128 QB fləş yaddaşla təchiz edilmiş 13 düymlü "MacBook Pro" hazırda ABŞ-da 1499 dollara (əvvəlki qiyməti 1699 dollar) satılır. 256 QB yaddaşa malik müvafiq noutbukun qiyməti 1999-dan 1699 dollaradək, 256 QB yaddaşla təchiz edilmiş 13 düymlü "MacBook Air" noutbukunun qiyməti isə 1599-dan 1399 dollara kimi azaldılıb.

"Apple", həmçinin noutbukların prosessorlarını yeniləyib. "Retina" ekran və 256 QB yaddaşla təchiz edilmiş 13 düymlü "MacBook Pro"-ya 2,6 QHs takt tezlikli prosessor, 15 düymlü "MacBook Pro"-ya isə 2,7 QHs takt tezlikli dördnüvəli prosessor quraşdırılıb.

Milli.Az