Hummer və BMW-nin eybəcər calağı - FOTO

14 Fevral 2013 23:15
Avtomobil o qədər bədheybətdir ki, onu görən hər kəsin başını qaşıya-qaşıya Google-a müraciət etməkdən başqa çarəsi qalmır.

Bu Gulf Lotus X12 adlı avtomobili Dubayda görüblər. İlk dəfə isə o 2012-ci ildə Yaxın Şərq tüninq şousunda nümayiş etdirilib. Bu maşının əsasında duran ideya Üçüncü Reyxin supertanklarının ideyası ilə eynidir. Hər şey çox sadədir: mühəndis təfəkkürünün və kupe tipli krossover üslubunun zirvəsi olan BMW X6 modelini götürürsüz və hər tərəfə ölçülərini böyüdürsüz.

Milli.Az 4charx-a istinadən bildirir ki, əslində isə X12 ya Hummer H2, ya da H3 bazası əsasındadır. Həmin rama üzərində ərəb tünerlər çoxlu sayda BMW komponentləri - məsələn, 7-Series modelindən fənərlər, BMW X6-dan arxa fənərlər və yük yeri qapağı yerləşdiriblər. Di gəl radiator barmaqlığı... Lincoln-a məxsusdur.
Maşında Hamann-dan da bəzi elementlər var - havalanan kapot, üçqatlı xaricetmə sistemi, işıqdiod aksentlər və antiqanad. Xülasə, əsl həftəbecər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.