Reuters-də 2500 nəfər işsiz qalacaq

14 Fevral 2013 14:21
Milli.Az Agence France-Presse-ə istinadən bildirir ki, korporasiyanın icraçı direktoru Ceyms Smit şirkətin rüblük və illik maliyyə hesabatlarının açıqlandığı toplantıda ixtisarla bağlı açıqlama verib.

İşdən çıxarılacaq şəxslərin tam əksəriyyəti korporasiyanın maliyyə strukturlarında çalışan şəxslərdir. Ümumiyyətlə isə Thomson Reuters-in maliyyə strukturlarındakı 22 min əməkdaşının 11 faizinin işdən çıxarılması gözlənilir.
Korporasiyanın əməkdaşlarının ümumi sayı 60 min nəfərdir.
Thomson Reuters korporasiyası 2008-ci ildə Thomson Corporation və Reuters Group-un birləşməsindən sonra yaranıb.
Mənzil-qərargahı Nyu-Yorkda yerləşən şirkət 100-dən artıq ölkədə fəaliyyət göstərir.

Milli.Az