Alfa Romeo 4C göstərildi - FOTO

13 Fevral 2013 19:45
İlk dəfə bu maşının konsepti 2011-ci ilin yazında nümayiş etdirilib və iki il keçdikdən sonra italiyalılar onu seriya modeli səviyyəsinə çatdıra biliblər.

Milli.Az 4charx-a istinadən bildirir ki, Alfa Romeo 4C modelinin tam texniki xüsusiyətləri yalnız təqdimat günü məlum olacaq. Hələlik o məlumdur ki, 4C cəmi 850 kq ağırlığında olacaq. Müasir bir avtomobil üçün bu doğrudan da çox azdır, beləliklə yeni Alfa Romeo çox sürətli maşın olacağını vəd edir.

Maraqlıdır ki, italiyalılar avtomobili təkcə Avropada deyil, ABŞ -da da satmaq istəyirlər (Alfa Romeo ABŞ bazarını 1994-cü ildə tərk edib).

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.