Madonna gənc sevgilisindən ayrıldı - FOTO

3 Fevral 2010 11:09
"Daily Mail" xəbər verir ki, sevgililərin ayrılması təşəbbüsü məhz gənc Hesusdan gəlib. Məlumata görə, braziliyalı model Madonna ilə münasibətlərinə iş qrafikinin həddindən artıq sıx olması üzündən son qoymaq qərarına gəlib.

"Hesus Madonna ilə aralarında ümumi marağın olmaması üzündən, onsuz da münasibətlərinin uzun çəkməyəcəyini dərk edib", - deyə qəzet bildirir.

Xatırladaq ki, Madonna özündən xeyli kiçik olan Hesusla 2008-ci ilin dekabrında tanış olmuşdu.

Milli.Az


--------------------------------------------------------------------------------