Novruz bayramında neçə gün istirahət olacaq? - QƏRAR
13 Fevral 2013 09:31
Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetindən xəbər veriblər.
Martın 23-24-ü istirahət günlərinə düşdüyündən müvafiq olaraq 25-26 mart günləri də iş günləri sayılmayacaq.
Beləliklə, Azərbaycan vətəndaşları üçün bayram martın 20-dən 26-na qədər davam edəcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli "Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında" qanununa əsasən, bayram günləri həftə sonlarına təsadüf edirsə, onlar avtomatik olaraq sonrakı iş günlərinə köçürülürlər.
Milli.Az