Ora ilk Günəş dölətidir - FOTO

12 Fevral 2013 18:40
Maraqlıdır ki, bərpa olunan enerji mənbələrinə tam şəkildə keçmiş beynəlxalq hüququn birinci subyekti Qərb dünyasının iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri deyil, Sakit okeanda yerləşən kiçik Tokelau mərcan adası olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Reddit Island layihəsinin iştirakçıları və milyarder Larri Ellison yaşıl enerji istifadə edən öz muxtar cəmiyyətlərini yaratmağı arzulayırlar. Kiçik Tokelau adasında bu cəsarətli arzu artıq həyata keçirilib.

Tokelau üç kiçik mərcan adasından ibarət qrupdur və Yeni Zelandiyanın idarəsi altında olan muxtar ərazidir. O, Sakit okeanın ortasında, digər Polineziya adalarından uzaq məsafədə yerləşir.

Buna görə də Yeni Zelandiya elektrik generatorlarının işləməsi üçün adaya dizel yanacağının çatdırılmasından ötrü böyük miqdarda pul xərcləməli olur. Bundan sonra isə vəziyyət dəyişəcək.

Belə ki, ABŞ son illərdə Tokelau adalarının ehtiyaclarını tamamilə təmin edən günəş enerjisinin istehsalı üzrə infrastrukturun yaradılmasına 7 milyon dollar həcmində vəsait ayırıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.