AZZA Cake House-dan tort qazan! - YENİLƏNİB
12 Fevral 2013 12:21
12:21
Hörmətli oxucular, bir neçə saat ərzində çoxlu sayda cavab məktubunun
daxil olmasını nəzərə alaraq, Azza Cake House-da razılaşdırılaraq,
hədiyyələrin sayı üç ədədə qədər artırılıb. Beləliklə, üç nəfərin Azza
Cake House-dan şirin hədiyyə qazanmaq şansı var.
Hər kəsə uğurlar arzulayırıq!
----------
08:45
Milli.Az Müqəddəs Valentin gününə həsr olunmuş bir neçə sualı təqdim edir.
Doğru cavab verənlər arasında püşkatma keçiriləcək və bunun əsasında qalib bəlli olacaq. Qalib, AZZA Cake House-dan tort qazanacaq.
1. İlk yazılı "Valentin" açıqçalarının yaradılması ideyası kimə məxsusdur?
2. İtaliyalılar Müqəddəs Valentin gününü necə adlandırırlar?
3. Hansı ölkədə Müqəddəs Valentin gününün qeyd edilməsi rəsmən qadağan edilib?
4. Hansı tarixdən Avropada Müqəddəs Valentin gününü qeyd etməyə başlayıblar?
Cavabları [email protected] ünvanına göndərin. Məktubda adınızı və soyadınızı yazmağı unutmayın.
Müsabiqənin qalibləri Müqəddəs Valentin günündə - fevralın 14-də, saat 18:00-da elan olunacaq.
Hər kəsə uğurlar arzulayırıq!
Milli.Az