Sərxoş stüardessalar sərnişinləri üçün əsl əyləncə hazırladılar

11 Fevral 2013 17:20
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, sərnişin kimi hərəkət edən aviaşirkət əməkdaşları təyyarədə spirtli içkilər qəbul ediblər, səs-küylü əyləncə təşkil ediblər. Onlar təyyarənin salonunda öpüşüblər, hətta sekslə məşğul olmağa da cəhd göstəriblər.

Onlar "biznes klass"da gemək üçün 10 min dollar pul ödəyən sərnişinlərə rahatlıq verməyiblər.

British Airways şirkətinin yaydığı məlumata görə, bu məlumat hazırda araşdırılır. Araşdırma nəticəsində müvafiq qərarlar qəbul olunacaq.

Milli.Az