Rusiyada şaxta partladı: ölənlər və yaralananlar var
11 Fevral 2013 14:54
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün Bakı vaxtı ilə 10:30 radələrində baş verib. İlkin məlumatlara görə, metan qazı partlayıb. Son məlumatlara görə, 16 nəfər ölüb, 7 nəfər yaralanıb.
Rusiya Fövqaladə Hallar nazirliyinin məlumatına görə, partlayış yerin 800 metr dərinliyində baş verib. Lakin yanğın olmayıb. Təkrar partlayış ehtimalı yoxdur.
Hadisə yerində xilasetmə işləri davam etdirilir.
Milli.Az