Nyu-Yorku yeni dəhşət gözləyir - YENİLƏNİB

8 Fevral 2013 13:03
13:03

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, qarlı qasırğa şəhərə bu gün yerli vaxtla günorta saatlarında yaxınlaşacaq və bir sutka ərzində davam edəcək. Bu barədə şəhər meri Maykl Blumberq məlumat verib.

Qeyd edək ki, dünən Massaçusets, Konnektikut, Nyu-York ştatlarına soyuq siklon daxil olub. United Airlines, American Airlines, Delta, Jet Blue, Southwest kimi nəhəng aviasiya şirkətləri iki mindən artıq reysin təxirə salındığını elan ediblər. Bu gün isə soyuq hava ilə əlaqədar 3,94 min reys təxirə salınıb.

"İstisna olunmur ki, qasırğanın miqyası şişirdilib, lakin hər bir halda hazır olmaq lazımdır. Biz hazırıq", - Blumberq bildirib.

--------
09:23

ABŞ Milli meteoroloji xidməti yaxınlaşan qar fırtınası ilə bağlı ölkənin şimal-şərqində qasırğa xəbərdarlığı elan edib.  APA-nın "RBK"ya istinadən verdiyi xəbərə görə, qar fırtınası zonasına Nyu-York və Boston şəhərləri də daxil olunub.   

CNN-in verdiyi xəbərə görə, hal-hazırda güclü qar artıq yağmağa başlayıb. Nyu-York şəhərində fevralın 8-də axşam saatlarında bir neçə saat ərzində 30 santimetrədək qar yağacağı proqnozlaşdırılır, küləyin sürəti isə saatda 65 kilometrə çatacaq.  

Boston şəhərində məktəblər bağlanıb, sakinlərə evlərini imkan daxilində tərk etməmək məsləhət görülüb. 

Milli.Az