“Kurtlar Vadisi Pusu”da bu həftə nələr olacaq? - VİDEO-FOTO
3 Fevral 2010 09:28
Milli.Az-ın serialın rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, tamaşaçılar 79-cu seriyada filmlə bağlı bir çox sualların cavabını tapacaq:
Polad Davud Tataroğlunu vuran Abdulheyə nə edəcək? İnci Tataroğlunu qaçıran Abdulheyi təqib edən Polad və dəstəsi necə bir sürprizlə rastlaşacaq? Poladın Felleri tapmaq üçün hazırladığı planın nəticəsi olacaqmı? Fellerlə görüşməyə gedən casus nə ilə rastlaşacaq? Feller israillilərin qarşısına hansı təkliflə çıxacaq? İskəndərin bu təklifə reaksiyası nə olacaq? Polad və dəstəsinin hər tərəfdə axtardığı Abdulheyin növbəti hədəfi kimdir?
Bütün bunları və digər maraqlı məqamları fevralın 4-də, "Star TV" kanalında efirə gedəcək "Kurtlar Vadisi Pusu" serialının növbəti seriyasında izləmək olar.