Şəxsi maşınımızla yük daşısaq... - FOTO

8 Fevral 2013 02:30

Oxucunun Milli.Az verdiyi məlumata görə, idarə etdiyi "VAZ 2104" markalı avtomobilin üzərinə bağladığı baqajda yük apararkən Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Nazirlik müfəttişləri sürücünü 30 manat cərimə etdikdən sonra sərbəst buraxıblar.

Oxucu şəxsi avtomobili ilə özünə məxsus yük daşıdığına görə cərimə olunması qanuni olub-olmamasını öyrənmək istəyir.

Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov Milli.Az-a açıqlamasında bildirdi ki, avtomobillər yükdaşıma qaydalarını pozarsa, cərimələnir.

Onun sözlərinə görə, bu işi Nəqliyyat Nazirliyinin Avtomobil yükdaşımalarının təşkil şöbəsi həyata keçirir:

"Həmin şöbə tərəfindən normadan artıq yük daşınan maşınlara protokol tərtib olunub. Vətəndaş maşına baqaj bağladığına və ya yük daşıdığına görə cərimə tətbiq olunmur. Onlar yükün daşınmasında standartları pozarsa, cərimə olunurlar. Yükün ölçüsü, çəkisi standartdan kənara çıxmamalıdır".

Anar Məmmədov

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.