Andrey Şevçenko "Milan" üçün oynayacaq

7 Fevral 2013 15:12
"Milan", "Çelsi" və Kiyev "Dinamo"sunun eks-hücumçusu Andrey Şevçenko İndoneziyaya yollanıb. Burada o, "Milan"ın ulduzlarının yığması ilə İndoneziya ulduzlarına qarşı oyunda iştirak edəcək.

Milli.Az Sports-a istinadən bildirir ki, keçmiş futbolçunu Ukraynanın İndoneziyadakı səfiri Vladimir Paxil qarşılayıb.
Qeyd edək ki, matç fevralın 9-da Cakartada keçiriləcək. "Milan"ın ulduzları sırasında Massimo Taibi, Franko Barezi, Aleksandro Kostakurta, Roke Junior, Massimo Oddo, Serjinyo, Ernan Krespo kimi tanınmış futbolçular forma geyinəcəklər.

Ceyhun Ələkbərov
Milli.Az