Bentley: yeni Flying Spur - VİDEO
6 Fevral 2013 18:20
Milli.Az Avto.az-a istinadən bildirir ki, Britaniyalıların rəsmən elan etdikləri yeni "Flying Spur"-un buraxılışı bir hissəsi "uçan şpor" olan "Continental" ailəsinin dəyişdirilməsi prosesini davam etdirməlidir. Bu proses artıq 2010-cu ildən - hələ yeni nəsil "Continental GT"-nin yarandığı vaxtdan davam edir. Bununla belə "Flying Spur" təqdimatdan sonra çətin olan adında "Continental" sözünü itirəcəyi və müstəqil model olacağı güman edilir.
Sedanın eksteryeri çətin ki, radikal dəyişikliyə məruz qalsın. Çox güman ki, "Flying Spur"-un xarici görünüşü elə həmin istiqamətdə - flaqman "Mulsanne" və kupe "Continental GT" kimi işlənəcək. Sedanın yeni optika, eksteryerdə isə yeni arxa dayaqlar və fərqli pəncərə altıları ilə təchiz ediləcəyi gözlənilir.
Sedan öz platformasını qoruyub saxlayacaq, mühərrik qamması isə yenilənəcək. Onu artıq məşhur olan turbolaşdırılmış 4-litrlik V8 mühərriki tamamlayacaq: kupe "Continental GT"-də bu güc qurğusu 507 a.g. və 660 Nm fırlanma anı verir. Buna baxmayaraq "Bentley"-də indiki 560-güclü "W12"-dən də imtina etməyə hazırlaşmırlar, yalnız onunla birgə işləyən sürət qutusunu dəyişəcəklər - "uçan şpor" "ZF" tərəfindən hazırlanmış 8-pilləli sürət qutusu əldə edəcək. Çox güman ki, "Speed" versiyasıda qorunub saxlanılacaq - indi o 610-güclü mühərriklə təchiz edilir.
Yeniliyin debütü mart ayında Cenevrə avtosalonunda planlaşdırılır. Lakin "Bentley"-də bildirirlər ki, ətraflı məlumatı gecikdirməyəcəklər. Yeni sedanın virtual təqdimatı artıq fevralın 20-ə planlaşdırılıb.
Milli.Az