Gəncədə yol qəzası: bir nəfər öldü - YENİLƏNİB
6 Fevral 2013 18:43
18:43
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə-Bakı magistralında ölümlə nəticələnən yol qəza hadisəsi baş verib. Gəncə istiqamətində hərəkətdə olan 51 BA 395 dövlət nömrə nişanlı "Niva" markalı avtomaşınla, 10 MZ 935 dövlət nömrə nişanlı "İkarus" markalı avtobus toqquşub.
Nəticədə "Niva"nın sürücüsü, Goranboy rayonu Qaradağlı kənd sakini 36 yaşlı Ramin Cavanşir oğlu Məmmədov aldığı xəsarətlərlə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq Ramin Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, ağır yol qəza hadisəsi Nizami məqbərəsi yaxınlığında, gecə saat 3 radələrində baş verib.
---------
13:49
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 6-da saat 03.20 radələrində Gəncə şəhəri ərazisində, Goranboy rayon sakini Ramin Məmmədov "NİVA" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən şəhər sakini Emin Əliyevin idarə etdiyi "İkarus" markalı avtobusa vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Məmmədov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az