Bu da SsangYong Rodius II - FOTO
5 Fevral 2013 19:30
Avtomobil artıq doqquz ildən bəri buraxılan veteran Rodius modelini əvəz etməlidir.
Tizerlərdə dəfələrlə dünyada ən zövqsüz avtomobil hesab edilmiş əcayib xələfi ilə heç bir oxşarlığı olmayan, gözə xoş təsir bağışlayan bir avtomobil təsvir edilmişdi.
Milli.Az 4charx-a istinadən bildirir ki, Cenevrə avtosalonunda nəzərdə tulan rəsmi debütə bir ay qalmış SsangYong Stavic seriyaöncəsi prototipi Koreyada ümumi istifadə yollarında gözə dəyib və şəkilləri çəkilib. Təəssüf ki, canlı avtomobillə tizer arasında oxşarlıq çox azdır.
Koreyalılar Musso, Korando, Kyron və Rodius kimi modellərin dizaynını vermiş britaniyalı Ken Qrinlinin şübhəli mirasından sanki imtina etmiş kimi idilər. Lakin yeni Stavic/Rodius modelinə baxdıqda aydın olur ki, Ken Qrinli ideyaları yaşayır və qalib gəlir. Maşın əvvəlki kimi qeyri-mütənasib kuzovu və çox mübahisəli dizayner həlləri ilə seçilir, eyni zamanda daha çox Çin malına bənzəyir.
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.