"Mozilla" və "Google"dan texnoloji inqilab sayılacaq yenilik - VİDEO

5 Fevral 2013 17:55
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hər iki proqram təminatının "dostluğu" WebRTC açıq protokoluna əsaslanır.

WebRTC-in vasitəçiliyi ilə ilk dialoq Google-in məhsulların idarə olunması üzrə direktoru Hyu Finnan və Mozilla-nın innovasiyalar üzrə direktoru Todd Simpson arasında baş tutub.

Finnan izah edib ki, birbaşa audio və video zənglərin edilməsi üçün JavaScript proqramının olması kifayətdir. Qalan bütün funksional cəhətlər brauzerlərin özünə quraşdırılıb.

Yeni texnologiya, hələ ki, yalnız "Chrome 23" beta versiyasında və "Firefox Nightly" brauserlərində mümkündür.

Google brauserində bu funksiya birbaşa işləyir. Firefox istifadəçiləri isə ünvan sərtində "about:config" sözlərini yazmalı, "media.peerconnection.enabled" parametrində "true" bölməsini seçmək lazımdır.

Milli.Az