Püşk “Bakı”nı “Qalatsaray” və ya “Beşiktaş”la üzləşdirə bilər

16 İyul 2010 13:06
Püşkatma Bakı vaxtı ilə saat 15.00-də UEFA Mərkəzində başlayacaq. Bakının "İnter" klubu "Lex" həddini keçə bilsə, İsveçrənin "Bazel", İsrailin "Hapoel" və Bosniya-Hersoqovinanın "Jelezniçar", Bolqarıstanın "Liteks" və Çernoqoriyanın "Rudar", Xorvatiyanın "Dinamo" və Sloveniyanın "Koper" klubları arasında keçirilən qarşılaşmaların qalibləri ilə qarşılaşa bilər.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunları 27-28 iyul və 3-4 avqustda keçiriləcək.

UEFA Avropa Liqasının üçündü təsnifat mərhələsində isə Türkiyənin "Qalatasaray" və "Beşiktaş" klubları Azərbaycanın "Bakı" komandası ilə qarşılaşa bilərlər.

Milli.Az