Aygün Kazımovanın təqdimatında - Golden Rose - FOTO
5 Fevral 2013 10:47
Azərbaycanın kosmetika bazarında artıq özünə möhkəm yer tutan Golden Rose Kosmetikadan yeni bir layihə işıq üzü görür. Xalq artisti, meqastar Aygün Kazımova Golden Rose Kosmetika Məhsullarının siması seçilib. Golden Rose Kosmetika müğənnilə 1 (bir) illik müqavilə imzalayıb. Bu bir il müddətində silsilə piar kompaniyaların və sosial layihələrin keçirilməsi, klip çəkilişi nəzərdə tutulur. Artıq ilk reklam çarxı peşəkar heyət tərəfindən ərsəyə gətirilib. Layihənin rəhbəri və kreativ direktoru Aqil. M. Quliyev, prodüseri Ülvi Qasımov, modelyeri Leyla Əhmədova, fotoqrafı isə Orxan Aslanovdur. Make Up - Şeron Stoun kimi dünya ulduzlarıyla çalışan Ahmet Yıldırıma məxsusdur və vizajist məhz bu layihə üçün Bakıya dəvət olunub. Əsasən rus şou-biznesinin ulduzlarıyla çalışan operator Aleksey Stepanov isə məhz Golden Rose-un bu ilin ilk reklam çarxının çəkilişi üçün Ukraynadan paytaxtımıza gəlib.
Golden Rose Kosmetika 1983-cü ildə yaranıb. Şirkətin yüksək keyfiyyətli və sərfəli qiymət siyasəti onu kosmetika sektorunda qabaqcıllardan birinə çevirib. Golden Rose Kosmetika nə az, nə çox - 30 illik təcrübə sahibidir.
Yüzdə yüz Türkiyə istehsalı sayılan Golden Rose, Classic, Emily brendləri kimi tonal kremləri, kompakt pudra tozu, göz kölgəsi, tuş, dodaq boyası, dodaq parıldadıcısı və dırnaq boyası kimi çoxçeşidli məhsullarını müştərilərinə uğurla təqdim edir. Golden Rose Kosmetika məhsulları Avropa, Şimali Afrika, Orta Asiya, Balkanlar və BDT ölkələri də daxil olmaqla 86-dan çox ölkəyə ixrac edilir. Golden Rose dünyanın ən çox dırnaq boyası istehsal edən beşinci böyük şirkəti ünvanını qazanıb.
Türkiyənin kosmetik aləmində birinci yeri tutan müvaffəqiyyətli Golden Rose Kosmetikası ölkə iqtisadiyyatına töhvə verən qurumlardandır.
Azərbaycan Respublikasının satış bazarında Golden Rose məhsullarının ilk təqdimatı 2005-ci ildə "ARAZ RƏNG LTD" Müəssisəsi tərəfindən həyata keçirilib. Hal-hazırda Azərbaycan daxilində 5 ixtisaslaşdırılmış Golden Rose Kosmetika mağazası fəaliyyət göstərir. Bununla yanaşı, Golden Rose məhsulları başqa parfümeriya mağazalarında da satışa təqdim edilib.
Böyütmək üçün şəkillərə klikləyin.









