6 qızın qatili, ən qorxulu manyak azadlığa çıxır - FOTO
5 Fevral 2013 11:24
Milli.Az European-a istinadən bildirir ki, pedofil və seriyalı qatil Mark Dyutru ömürlük həbs cəzası almışdı.
57 yaşlı pedofil həyatının 16 ilini həbsxanada keçirəndən sonra "nümunəvi davranış"a görə azadlığa çıxmağa hazırlaşır. Yerli qanunvericiliyə görə, onun buna tam hüququ var.
Belçikalıların "Şarlerualı monstr" adlandırdıqları pedofil azadlığa buraxılmasını, həbsin isə biləyinə taxılaraq onun yerini polis nəzarətində saxlamağa imkan verən elektron bilərziklə əvəzlənməsini istəyir.
Məhkəmə binasının qarşısına yığılmış yüzlərlə brüsselli isə Dyutrunun azadlığa buraxılmamasını, onun edam edilməsini tələb edir.
Dyutrunun təhlükəsizliyinin təminatı ilə bağlı misli görünməmiş tədbirlər görülüb. Pedofili 160 polis qoruyur.
Mark Dyutru 1990-cı illərdə 6 azyaşlı qızı vəhşicəsinə zorlayandan sonra xüsusi amansızlıqla qətlə yetirmişdi.
"Bu adamı əsla azadlığa buraxmaq olmaz. O, çox təhlükəli manyakdır", - Dyutrunun oğurladığı və illərlə evinin zirzəmisində saxlayıb zorlayandan sonra şaqqalayıb öldürdüyü qızların birinin ailəsinin vəkili Jorj Anri Botye deyib.
Dyutrunun həbsxanadan məhkəmə binasına aparılması dövlətə 50 min avroya başa gəlib.
Brüsselli millətçilər bildirirlər ki, əgər manyak azadlığa buraxılarsa, şəhərin altını üstünə çevirəcəklər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: EPA, Reuters