Millət vəkili polisə silah çəkdi: "Vuraram atanı!" - VİDEO
4 Fevral 2013 14:59
Milli.Az Hürriyet-ə istinadən bildirir ki, mitinq zamanı terrorçu PKK təşkilatı və bu təşkilatın lideri Abdulla Ocalana dəstək şüarları səslənib, gərginlik yaranıb.
Polisin bibər qazı və su şırnaqları ilə mitinqdə bağıran insanları dağıtmağa çalışdığı olayda bir neçə nəfər yüngül yaralanıb, 5 nəfər həbs olunub.
Gərgin anların yaşandığı durumda BDP üzvü, Şanlıurfadan seçilmiş millət vəkili İbrahim Biniçi aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edən polislərə: "Şərəfsizlər!" - deyib, sonra da əlini tapançasına ataraq: "Vuraram atanı!" - bağırıb.
Milli.Az