Braziliyalı futbolçu Azərbaycan klubunun 360 min avrosunu istəmədi

3 Fevral 2013 15:39
Rumıniyanın "Steaua" klubunun hücumçusu Adi Roşa karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Azerisport.az xəbər verir ki, adı açıqlanmayan klublarımızdan biri hətta braziliyalı futbolçuya 360 min avroluq müqavilə də təklif edibmiş.
 
Amma Roşa həmin təklifdən imtina edib. Baxmayaraq ki, Roşa ilə klubu arasındakı münasibətlər o qədər də yaxşı qiymətləndirilmir.
 
Xatırladaq ki, Roşanın komandası bir neçə gün öncə Türkiyədə "Qəbələ"yə qarşı oyunda 0:1 hesablı məğlubiyyətlə üzləşmişdi.
 
Milli.Az