Fransa prezidenti Maliyə getdi

2 Fevral 2013 17:14
APA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, F.Oland əvvəlcə Mali prezidentinin səlahiyyətlərini yerinə yetirən Dionkunda Traore ilə görüşüb, ardınca isə islamçılarla döyüşən fransız əsgərlərə baş çəkmək üçün qədim Timbuktu şəhərinə yollanıb. Burada o, əsgərlərə uğurlu hərbi əməliyyatlara görə öz təşəkkürlərini bildirib və əlavə edib ki, ölkənin şimalını işğal edən islamçılar üzərində tam qalibiyyətdən sonra Fransa Maliyə iqtisadi yardım göstərəcək.

Qeyd edək ki, keçən ilin aprelində Malinin şimalında yaşayan tuareqlər ölkədə siyasi qeyri-stabillikdən istifadə edərək, Mali ərazinin 60 faizini işğal edib, orada Azavad adlı ölkə yaradıblar. Mali hökumətinin xahişindən sonra Fransanın və Qərbi Afrika ölkələrinin hərbçiləri tuareqlər tərəfindən işğal edilən ərazilərin çoxunu azad etməyə nail olublar. 

Milli.Az