ŞOK! İki qız anası kimi tanıdığımız azərbaycanlı müğənninin oğlu da varmış

2 Fevral 2013 16:24
İki qız anası kimi tanıdığımız müğənni Rəqsanə İsmayılovanın hər kəsdən gizli saxladığı bir oğlu varmış. Anspress-in məlumatına görə, müğənni Space TV-nin "Plyus-minus" verilişində böyük qızı Aysunun atasından əvvəl başqası ilə evli olduğunu və bu evlilikdən bir oğlu dünyaya gəldiyini açıqlayıb.

Bu barədə kameraya danışmaq istəməyən Rəqsanə oğlunun körpə vaxtı atası tərəfindən əlindən alındığını söyləyib: "Onu mənim əlimdən aldılar. Artıq böyük uşaqdı. Məni axtarıb tapıb".

Rəqsanə uzun illərdi sirr olaraq gizli saxladığı bu faktdan yalnız anasının agah olduğunu söyləyib.

Milli.Az