Təbrizin qədim tarixi: Ərk qalası - FOTOSESSİYA

2 Fevral 2013 20:38
Bu əzəmətli bina Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri tarixi ilə 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilib.

Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan xəsarət alıb.

Milli.Az Təbrizlə bağlı yaradılan Facebook səhifəsinə istinadən qalanın şəkillərini təqdim edir:

Milli.Az


 Böyütmək üçün şəkillərə klikləyin.