Tolik Aygün Kazımova haqda maraqlı faktlar açıqladı
1 Fevral 2013 13:27
"Mən artıq 8 ildir ki, şou-biznesdəyəm və bu müddət ərzində bir sıra maraqlı layihələr reallaşdırmışam". Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə "Эхо" qəzetinə müsahibəsində tanınmış prodüser Tarix Əliyev bildirib.
"Aygün Kazımovanın Tofiq Bəhramov adına stadiondakı konsertini mən təşkil etmişdim. Konsertə üç-dörd gün qalmış onunla dalaşdım və kənara çəkildim, lakin ideya mənim idi, mən onu həyata keçirmişdim. Həmişə həqiqəti dediyim üçün məni qalmaqallı prodüser adlandırırdılar", - o qeyd edib.
Prodüser Aygün Kazımovadan ayrılmağının səbəblərini də açıqlayıb.
"Aygün hazırda Snoop Dog-la beynəlxalq layihə hazırlayır. Bu layihə Türkiyənin "Dokuz Sekiz Muzik" şirkəti tərəfindən həyata keçirilir. Bu səbəbdən onun yanında olmağımın mənası yoxdur. Biz danışdıq və qərara gəldik ki, işgüzar əlaqələri dayandırırıq, dost kimi qalırıq", - o deyib.
Milli.Az