Azərbaycanlı müğənninin əri: "Evə gecə saat 3-də, 4-də gəlirdi"
31 Yanvar 2013 19:41
Mətbuatın yaydığı məlumata görə, Səidə Dadaşova iddia edir ki, Selcuk Gökgöz onun adından istifadə edərək özünü reklam edir.
Milli.Az xəbər verir ki, həmin məsələ ilə bağlı Səlcuq Day.Az saytına aşağıdakıları deyib:
"Mən başda Azərbaycanın xalq artisti Rəfael Dadaşov olmaqla Səidənin ailəsinə hörmətlə yanaşıram. Biz ailə qurduq ki, hər şey yaxşı olsun, lakin Səidə xanımın məqsədi ayrı imiş. Onun məqsədi uşaq doğmaq və Türkiyə vətəndaşlığı almaq imiş. Lakin onun problemi ucbatından bizim uşağımız olmadı və şükürlər olsun Allaha ki olmadı. Onun ağlı ilə hər şey qaydasında deyil. Mən onun pis danışıq tərzini, evə gecə saat 3-də, 4-də qayıtmasını qəbul edə bilmədim və hələ Bakıda olanda başqa evə köçdüm. İndi mən İzmirdəyəm. Olanlara görə təəssüf edirəm və ona gələcək həyatında uğurlar arzulayıram. Daha bu mövzuda danışmayacam. Çünki biz mədəni, sivil insanlar kimi ayrıldıq. Bundan sonra bu barədə danışmağa heç bir ehtiyac yoxdur. Allah hər kəsə xoşbəxt ailə həyatı qismət etsin".
Milli.Az