"Qəbələ" "Styau" klubuna qalib gəldi
31 Yanvar 2013 12:05
Azerisport.az xəbər verir ki, Ramiz Məmmədovun komandası bu dəfə Rumıniyanın "Steaua" klubu ilə qarşılaşıb.
Görüş Azərbaycan klubunun minimal hesablı qələbəsi ilə başa çatıb.
Maraq üçün xatırladaq ki, "Qəbələ" Türkiyədəki ilk sınaq matçında Almaniyanın "İnqolsdatd" klubuna 3:4 hesabıyla uduzmuşdu. Ukraynanın "Volın" klubuna 2:1 hesabıyla qalib gələn təmsilçimiz bu ölkənin digər təmsilçisi "Metallurq"la sülh bağlamışdı - 1:1. Rumıniya "Petrolul"u ilə qarşılaşma isə 2:0 hesablə zəfərlə sonuclanmışdı.
Yoxlama oyunu
30 yanvar
QƏBƏLƏ - STEAUA - 1:0
Qol: Dodo, 78.
"Qəbələ"nin start heyəti: Dieqo, Kalabane, Jinko, Abdullayev, Dodo, Puıhak, Emeqara, Mendi, Kelhar, Quluzadə, Dabo.
Milli.Az