Bunu da etdilər: oxuyanda təəccüblənməyin - FOTO
31 Yanvar 2013 12:24
Bu adamların fantaziyaları hüdud tanımır və son hadisə də "narkotacir təxəyyülü"nün daha bir bariz nümunəsi sayıla bilər.
Milli.Az New York Post-a istinadən bildirir ki, Nyu-Yorkdakı JFK beynəlxalq hava limanının gömrükçüləri Dominikan Respublikasından gələn JetBlue təyyarəsindən enən sərnişinlər arasında iki nəfərin şübhəli davrandığını sezdilər.
Bu qadınlar çox qəribə şəkildə yeriyirdilər.
Gömrükçü qadın zabitlər Santo-Dominqodan gələn təyyarədən enmiş həmin xanımları gömrük-sərhəd nəzarati keçidində yoxlamağa başlayıblar.
Nyu-Yorkun Bronks səmtində yaşayan Prissila Pena və Mişel Blessingeyl yoxlananda onların şalvarlarının altında narkotik maddə gizlədikləri bəlli olub.
Onlar tumanlarının üstünə doladıqları skotç və plastik lentin arasında "qara bazar"da topdansatış dəyəri 150 min dollar təşkil edən kokain gizləmişdilər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: U.S.Customs & Border Protectiğn, Boston Globe, Getty İmages