Mətbəx sirləri: Düyü kotleti - FOTO
3 Fevral 2013 07:00
Tərkibi:
1-2 st. düyü
150 q pendir
1 yerkökü
1 banka balıq konservi (sardina)
1 soğan
2 yumurta
duz
istiot
bitki yağı
qoz və ya narın suxarı
Soğan və yerkökünü bitki yağında qovurun.


Düyünü bişirib soyudun. Onu əvvəlcədən çoxlu yumaq, bişəndən sonra üstündən su axıtmaq lazım deyil - o bizə yumşaq və yapışqan halında lazımdır.

Balıq konservini çəngəllə əzin.

Düyü, soğan-yerkökü qovurması, pendir, un və yumurtaları qarışdırın, duzlayıb-istiotlayın. Bu, qiymə olacaq.

Qozu xırdalayın.

Qiymədən kotlet düzəldib qoza, əgər yoxdursa, narın suxarıya batırın. Kotletləri bitki yağında, ağzı örtülü tavada bişirin.


Nuş olsun!
Milli.Az