Azərbaycan və Rusiya Qəbələ RLS-in bağlanmasına dair texniki məsələləri müzakirə edəcəklər

30 Yanvar 2013 19:04
Fevral ayında Qəbələ RLS-in bağlanması üzrə Azərbaycan-Rusiya birgə komissiyasının birinci iclasının keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev brifinqdə deyib.

Azərbaycan tərəfindən komissiyanın həmsədri XİN rəhbərinin müavini Xələf Xələfovdur.

İclas zamanı Qəbələ RLS-in bağlanmasına dair texniki məsələlər müzakirə ediləcək.

Milli.Az