Tanınmış müğənnini qətldə ittiham edirlər

30 Yanvar 2013 20:37
Müğənninin Tbilisidən olan biznes partnyoru və uşaqlıq dostu Avto Aduaşvilinin ölümündə əli olduğu güman edilir. Milli.Az xəbər verir ki, Day.Az-ın məlumatına görə,  bu barədə Trend "Гурия ньюс"-a istinadən məlumat yayıb.

Xəbərin müəllifi Eka Alpadze bildirir ki, qətlin detalları barədə biznesmenin ailə üzvləri məlumat verib. Biznesmenin adının açıqlanmasını istəməyən ailə üzvü qətldə Pavliaşvilinin də əli olduğundan şübhələnir.

Aduaşvilinin ölümü ilə əlaqədar ötən ilin dekabr ayında Pavliaşvilinin bacısının həyat yoldaşı həbs olunmuşdu.

Yayılan məlumatla əlaqədar "Rustavi 2" telekanalı Pavliaşvili ilə əlaqə saxlayıb və müğənni bu informasiyanı absurd adlandırıb.

Qeyd edək ki, Avto Aduaşvili ötən il noyabr ayının 23-də Tbilisinin Zaziaşvili küçəsində şəxsi avtomobilində güllələnmişdi.

Milli.Az