Gəncədə uşaq bağçası açılıb

30 Yanvar 2013 21:13
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhəri 3 saylı körpələr evinin-uşaq bağçasının açılış mərasimi olub. Tədbirə şəhər rəhbərliyi, məktəb müdirləri və digər ziyalılar qatılıblar. Bağça 1975-ci ildə inşa edilib və yalnız son illərdə onun tam təmiri mümkün olub.

Binanın hər 2 tədris korpusu tamamilə bərpa edilib. Fasadları aqlay və kərpic ornamentləri ilə restavrasiya olunub.

Gəncə şəhər 3 nömrəli körpələr evi - uşaq bağçasının direktoru Gülarə Ağayeva: "Möhtəşəm və yaraşıqlı görünən binada hər cür şərait yaradılıb. İsti-soyuq su, elektrik, qaz və kanalizasiya xətləri tamamilə dəyişdirilərək yenisi ilə əvəzlənib. Bağçamızda 9 qrup var və 175 uşaq tərbiyə alır. Kolektivimiz 40 nəfərdən ibarətdir. Onların 16-sı pedaqoji işçidir, 24-ü isə texniki işçidir".

Milli.Az