Chevrolet Corvette göstəriləcək - FOTO
31 Yanvar 2013 15:18
Daha dəqiq desək, mart ayında kabriolet "Corvette Stingray"-in Cenevrədə təqdimatı olacaq. Avtomobil istehsalçıların yazda İsveçrəyə gətirəcəkləri ən yaxşı yeniliklərlə rəqabət aparmaq üçün hazırlanıb.
Milli.Az 4charx-a istinadən bildirir ki, markanın həvəskarlarının böyük hissəsi kabrioletin debütünün Amerikada olacağını gözləyirlər, belə ki, "Korvetlər" - əsl amerikan ikonalarıdır. Lakin "General Motors"-da başqa qərara gəldilər. "Autoweek"-in məlumatına görə "GM" avtomobillərinin Avropaya ixracını artırmaq niyyətindədir və əvvəl göstərilmiş versiya kimi kabriolet "Chevrolet Corvette Stingray" də Cenevrənin ən yaxşı yenilikləri ilə rəqabət aparmaq üçün düzəldilib.
Bu cür addımı (amerikan modelinin Avropada debütünü) şirkət ilk dəfə deyil atır. 2004-cü ilin mart ayında Cenevrədə "GM" məşhur superkarının 6-cı nəslini təqdim edib.
"Corvette Stingray" barədə ətraflı məlumat hələlik yoxdur. Onun 6,2-litrlik V8 və sürət qutusu seçimi, və ya 6-pilləli avtomat qutu, ya da 7-pillli "mexanika" alacağı göslənilir. Yeri gəlmişkən fotocasuslar yeniliyin prototipini test zamanı tuta biliblər.
Gözlənildiyi kimi, kupe "Corvette Stingray" istehsalata avqust ayında gedəcək. İstehsalat planının proqnozları avtomobilin Cenevrədə debütündən bir neçə ay sonra bildiriləcək. Avtosalon 2013-cü il martın 5-də açılacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.