Çağatay Ulusoy: "Çox peşmanam" - YENİLƏNİB

29 Yanvar 2013 18:50
18:50

Milli.Az DHA-ya istinadən bildirir ki, Ç.Ulusoy indiyədək cəmi bir dəfə narkotik maddə qəbul etdiyini söyləyib: "Çox peşmanam. Ailəmə, məni sevənlərə belə üzüntü yaşatdığıma təəssüflənirəm. Bundan sonra əsla narkotik maddə qəbul etməyəcəyəm. Çox peşmanam".

---------
13:24

Türkiyənin İstanbul Şəhər Polis İdarəsinin Narkotiklərin Qanunsuz Dövriyyəsi ilə Mübarizə Şöbəsinin keçirdiyi genişmiqyaslı əməliyyat zamanı tutulmuş şəxslərin əksəriyyəti məhkəməyə qədər azadlığa buraxılıb.

Milli.Az DHA-ya istinadən bildirir ki, İstanbulun 16 səmtində həyata keçirilmiş əməliyyat zamanı narkotik maddələrin satışı ilə məşğul olan mütəşəkkil cinayətkar qruplaşma zərərsizləşdirilib.

Eyni zamanda 35 nəfər əlavə olaraq tutulub ki, onların tam əksəriyyəti şou-biznes ulduzlarıdır.

Həmin adamlar arasında gənc və populyar aktyor Çağatay Ulusoy da vardı.

Çağatay Ulusoy bu gün səhər məhkəməyə qədər azadlığa buraxılıb.
O, əvvəlcə İstanbul Polis İdarəsində, sonra isə məhkəmədəki ibtidai dindirmədə ifadə verib.
Çağatay Ulusoy ona qarşı irəli sürülmüş ittihamları qismən qəbul edib.
"Bəli, narkotik maddə qəbul edirəm. Mən narkotik maddələri satmamışam, istifadə etmişəm", - Ulusoy deyib.

Çağatay Ulusoyun meneceri Selin Boronky narkotik maddə qəbul etdiyini, amma narkotik maddələrin alış-verişi və təminatı ilə məşğul olmadığını bildirib.

Milli.Az