Suriya prezidenti etiraf etdi: "Arvadım hamilədir"

29 Yanvar 2013 15:44
Milli.Az DHA-ya istinadən bildirir ki, Livandakı "Əl Əkbər" qəzetinin verdiyi xəbərə görə, Bəşər Əsəd Dəməşqdə qəbul etdiyi diplomatlarla söhbətində ailəsində yeni övlad gözlədiklərini deyib.

"Bəli, arvadım hamilədir və buna sevinirik", - Bəşər Əsəd deyib.

Bəşər Əsədin xanımı Əsma Əsədin hamiləliyin 8-ci ayında olduğu vurğulanır.

Əsma Əsəd Britaniya vətəndaşlığına da malikdir.
O, Londonda doğulub. Ə.Əsədin atası suriyalı kardioloq, anası isə diplomatdır.
Britaniyada Deutsche Bank və JP Morgan kimi banklarda çalışmış Əsma 2000-ci ildə Bəşər Əsədə ərə gedərək Suriyaya yollanıb.
Əsədlər ailəsində indi 3 uşaq böyüyür.

Milli.Az